Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Həyat yoldaşı gözləri önündə şəhid olan l Qarabağ müharibəsi qazisi

0

  •         Müsahibim Cəbrayılov Mə-zahir Mikayıl oğludur. O, 1948-ci ildə Laçın rayonunun Ağcakənd kəndində anadan olub. Gənc yaşlarında Xankəndinə köçüb, orada ailə həyatı qurub. Erməni seperatizmi nəticəsində ailə Xo-calıya köçməyə məcbur olub. Məzahir Cəbrayılov Xocalı Özü-nümüdafiə Batalyonunun üzvü olub. Xocalı soyqırımının canlı şahidi olan Məzahir kişi həmin faciəli günləri ürək ağrısı ilə da-nışdı:        - Fevralın 25-dən 26-na keçən gecə ermənilər havadarlarının kö-məyi ilə Xocalıya hücum etdilər. Döyüşçülərimiz son anadək düş-mənlərə qarşı ləyaqətlə mübarizə apardılar. Xocalıya kömək olun-madı. Camaat canını qurtara bilmək üçün pərən-pərən oldu. Mən, ailə üzvlərim və camaatla birlikdə  Ağdama getmək üçün Kətik dağı-na üz tutduq. Çəkdiyimiz müsibət-ləri, gördüyümüz dəhşətləri ifadə etmək çətindir. Hava işıqlaşan vax-tı Naxçıvanlı kəndi yaxınlığında-kı donuz fermasının üst tərəfindən keçərkən ermənilərin pusqusuna düşdük. Camaatı gülləbaran etdi-lər. Çoxlu insan şəhid oldu. Uşaq, qadın, qoca demədən hər kəsə gül-lə atdılar. Əsir də götürdülər. Ailə-likcə o müsibətin içində özümüzə pənah axtardıq. Anam, yoldaşım, beş uşağım, qardaşımın ailə üzv-ləri də düşmənin mühasirəsinə düşdüşdü. Yaxınlıqdakı su arxına girə bilənlər sağ qala bildilər. Atış-mada yoldaşım şəhid oldu, iki öv-ladım və özüm yaralandım. Yara-lanan qızımın 15, balaca oğlumun isə 8 yaşı vardı. Hamımıza güllə eyni vaxtda dəydi. Yoldaşıma bi-rinci güllə qarın boşluğundan, ikin-cisi isə başından dəymişdi. Özüm isə qılçamdan güllə yarası almış-dım. Yoldaşıma ikinci güllə dəyən-də lap yaxınlığında idim. Onun me-yitini bir daldalıq yerə çəkdim. Böyük oğluma dedim ki, yaralı qardaşını sən götür, bacını isə mən götürüm çıxıb gedək, burada lən-gisək bizi də qıracaqlar. Qarlı-pal-çıqlı gün idi. Şelliyə tərəf aşıb ora-dakı sağ qalan camaata qoşulduq. Ağdama çatanda dayım uşaqları qarşımıza çıxdı. Həmin gün yol-daşımın meyitini götürə bilmişdi-lər. Yoldaşım Ağdamın Şəhidlər Xi-yabanında dəfn edilib. Sonra yara-lı uşaqlarım da, mən də müalicə aldıq.         Xocalı soyqırımında dayım Məmişov Talışı meşədə yaralı və donmuş halda tapıb xəstəxanaya gətirsələr də onun həyatını qurtarmaq mümkün olmayıb. Dayım oğlu Məmişəv Şahin isə Ağbulaq kəndi yaxınlığında əsir düşdü. Əsirlərin arasından seçilib namə-lum yerə aparılan 13 nəfər cavandan biri də Şahin olub. Onların heç birinin sonrakı taleyi məlum deyil.         Xocalı soyqırımının ağrı-acısı heç bir zaman yaddaşımızdan çıx-maz. Gərək bu soyqırımı bütün dünya tanısın, ermənilərin necə vəhşi millət olduqlarından xəbər-dar olsunlar. Qalib BƏYMƏMMƏDOĞLU
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaDigər
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib58 dəfə
    Həyat yoldaşı gözləri önündə şəhid olan l Qarabağ müharibəsi qazisi

    Maraqlı gələ bilər
    17
    43
    30